Avropa çempionatı: Azərbaycan millisinin heyəti açıqlanıb

img

20-07-2022 [11:37]


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

Mia.az xəbər verir ki, baş məşqçi Eldar Yusubov avqustun 20-dən sentyabrın 10-dək təşkil olunacaq matçlar üçün 18 oyunçu sifariş edib.

Son yarışlarla müqayisədə bu dəfə təcrübəli voleybolçularımız da komandaya çağırılıb. Odina Əliyeva uzun fasilədən sonra düşərgəyə gəlibsə, Yelizaveta Ruban analıq məzuniyyətindən qayıdıb. Həmçinin Olena Xarçenko, Marqarita Stepanenko, Kristina Besman kimi aparıcı oyunçular da siyahıya daxil edilib.

Azərbaycan millisinin heyəti:

Liberolar: 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova;

Toppaylayıcılar: 8. Valeriya Kondratyeva, 12. Raziyə Əliyeva, 14. Kristina Besman, 18. Şəfaqət Alışanova;

Blokçular: 6. Ayşən Abduləzimova, 7. Olena Xarçenko, 10. Anastasiya Mertsarova, 11. Aynur İmanova, 17. Nilufər Ağazadə, 22. Mariya Kirilyuk;

Hücumçular: 3. Yelizaveta Ruban, 4. İlhamə Əliyeva, 5. Odina Əliyeva, 9. Nikalina Başnakova, 10. Marqarita Stepanenko, 21. Kseniya Pavlenko

Qeyd edək ki, yığmamız Avropa çempionatının təsnifat mərhələsində Avstriya, Gürcüstan və Sloveniya ilə D qrupda mübarizə aparacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR