"Sürix"in baş məşqçisi Bakıda: ""Qarabağ"ın əvvəlki oyundakı nəticəsi bizi qorxutmur"

img

18-07-2022 [18:10]


"Qarabağ"ın əvvəlki oyundakı nəticəsi bizi qorxutmur".

Bunu İsveçrənin "Sürix" komandasının baş məşqçisi Franko Foda Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis "köhlən atlar"ın Poznandakı matçını canlı izlədiklərini bildirib: "Bakıdakı matça da baxmışıq".

Heyətlə bağlı problemlərinin olmadığını söyləyən Fode "Yanq Boyz"a 0:4 hesabı ilə uduzduqları I tur matçından söz açıb: "Komandada ab-hava yaxşıdır. Son qarşılaşmamızda hesab oyuna görə olmadı. Penaltini boşa verdik. Hesabda önə də keçə bilərdik. Artıq həmin görüşü unutmuşuq. Tam olaraq sabahkı oyuna köklənmişik"/Report.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR