Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti ilə müzakirə aparıb

img

18-07-2022 [13:14]


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart ilə görüşüb.

Mia.az XİN-ə istinadla bildirir ki, nazir Ceyhun Bayramov, bu il diplomatik münasibətlərin 30 illiyinin qeyd olunduğu Almaniya ilə ikitərəfli münasibətlərin, habelə Parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıraraq, cari ilin mart ayında Almaniyaya səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.

Görüş zamanı, ikitərəfli və regional, habelə Ukrayna və onun ətrafında vəziyyət, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.

Daha sonra, Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR