Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək - Gürcüstanda (Yenilənib)

img

15-07-2022 [18:50]


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Tbilisidə görüşəcək.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirlər iyulun 16-da Gürcüstan paytaxtında görüşəcək.

Xatırladaq ki, bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ilk ikitərəfli görüşüdür. Bundan əvvəl xarici işlər nazirləri Düşənbədə Rusiya xarici işlər naziri ilə üçtərəfli görüşlər çərçivəsində danışıqlar aparıblar.

***

"Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın.

Mia.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

“Sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfinin öz işçi qrupunu artıq formalaşdırdığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər”, - deyə Azərbaycan Prezidenti bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR