Youtube kanalının aparıcısı xüsusi ittihamı qaydasında həbs olunub

img

14-07-2022 [10:43]


“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılıb.

Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abid Qafarova qarşı Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

A.Qafarov “Tərtər işi” ilə bağlı çıxışları ilə tanınır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub