Mikayıl Cabbarov Kvemo Kartlinin qubernatoru ilə görüşüb - Nələr müzakirə olunub?

img

13-07-2022 [17:22]


Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "Facebook" səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə ölkələrimiz arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrimizin inkişafına faydaları və perspektivlər barədə fikirlərimizi bölüşdük: "Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR