Rusiya və İran fəallaşır, Qərb isə... - Neft bitəndən sonra nə edəcəyik?
07-07-2022 [17:28]
Samir Feyruzov
***
Maraqlı hadisələr baş verir: Rusiya Şərqi Avropada (Ukraynada) sürətlə irəliləyir, amma siyasi müstəvidə Cənubi Qafqazı itirir.
ABŞ-ın Cənubi Qafqazda ciddi şəkildə aktivləşməsi Rusiya-İran birliyinin yeni modelini də ortaya qoyub. Azərbaycanın Türkiyə vasitəsilə Qərbə yaxınlaşmasını Rusiya və İran özünün maraqlarına zidd hesab edir. Diqqət ediriksə, Rusiya və İran Azərbaycanı birgə “vurur”.
Regionda və dünyada baş verən proseslər o qədər həssas hal alıb ki, kifayət qədər ehtiyatlı və təmkinli davranmaqdan başqa yolumuz yoxdur. Türkiyədə belə bir fikir var ki, Azərbaycanı Rusiyadan qoruya bilərik, amma İrandan yox! Ciddi və düşündürücü məsələdir.
- Azərbaycan Qərb üçün əsasən enerji amilinə, təbii sərvətlərinə görə cəlbedicidir. Demokratik “dəyərlər”in təşviqi digər ölkələr kimi, Azərbaycana da təzyiq vasitəsidir. Azərbaycan neft-qazı istismar ediləndən sonra ölkənin Qərb üçün cəlbedici heç bir xüsusiyyəti də qalmayacaq. Hesablamalara görə, 2024-cü ildə neft gəlirləri kəskin şəkildə azalacaq, 2035-2040-cı illərdə isə neft ehtiyatları əhəmiyyətli dərəcədə tükənəcək.
- Azərbaycan Rusiya üçün təkcə enerji amilinə, təbii sərvətlərə görə yox, həm də coğrafi, strateji mövqeyinə, tarixi xəritəsinə görə cəlbedicidir. Rusiya imperializmi Belarus, Ukrayna, Moldova kimi Cənubi Qafqazı da öz ərazisi hesab edir. Bizim 15-20 il zamanımız var, əgər bu müddət ərzində ölkəni ayaqüstə saxlaya biləcək və neftdən asılı olmayan güclü iqtisadiyyat yaratmasaq, bu, Qərbin bizdən könüllü qopması, Rusiyanın təcavüzü ilə nəticələnə bilər. Bu gün neft ehtiyatları bizə ciddi manevr imkanları qazandırıb, sabah neft-qaz olmayandan sonra iqtisadi-siyasi müstəqilliyimizi də itirmək təhlükəsi ilə üz-üzə dayana bilərik.
Qısa haşiyə: Müharibə başlayandan bu günə qədər Rusiyanın Ukraynada işğal etdiyi ərazinin sahəsi təxminən 130 min km2-dir. Bu, Gürcüstan ərazisindən təxminən 2 dəfə, Ermənistan ərazisindən isə 4 dəfə böyük ərazi deməkdir. Rusiyanın ələ keçirdiyi torpaqların sahəsi Azərbaycan ərazisindən də böyükdür.
Rusiyanın Azərbaycana hərbi təhdid imkanları o vaxt az olardı ki, Dağıstan və Çeçenistan müstəqil ölkə olsun və ortada bufer bölgə yaransın. O da yoxdur.
Bəs təhlükələr hansı istiqamətlərdən boylanır?
Ölkənin şimalından Rusiyanın müdaxiləsi (“şimal cəbhəsi”), şərqdə İranın aktivləşməsi (“Bakı kəndləri”), qərbdə qisasçi erməni qüvvələrin (“Qarabağa klanı”) aktiv fazada fəaliyyət quracağı ehtimalı bəlli təhlükələrdir. Bəs nə etməliyik? Heç şübhəsiz, Rusiya ilə mehriban qonşuluq siyasəti əsas prioritet kimi öz strateji əhəmiyyətini saxlamalıdır.
Proseslərin təhlili göstərir ki, bu gün regionda baş verən hadisələr bir çox hallarda 100 il bundan öncə baş verən hadisələrin təkrarıdır. 1918-ci ildə məğlub imperiya kimi Çar Rusiyasının parçalanmasından sonra Cənubi Qafqaz ölkələri Qərbə yön aldılar. Qısa müddət sonra Rusiya imperiyanın yeni formatına - “ittifaq”a çevrildi, Cənubi Qafqaz ölkələri də müstəqilliklərini itirmiş oldular. 1991-ci ildə SSRİ dağılandan sonra isə Rusiya “federasiya” modelinə keçdi, hazırda tərkibində 22 respublika mövcuddur.
Mia.az
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb