heritage.gov.az saytının təqdimatı keçirilib

img

07-07-2022 [11:43]


Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

Mia.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunan ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırması baxımından əhəmiyyətindən danışıb: "Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir".

O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub: "Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur. Mədəni soyqırım XX əsrin əvvəllərindən başlayıb. Onlar tarix abidələrimizi dağıtsalar da, tarixi yaddaşımızı silə bilmədilər. Yeni yaradılan sayt işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaqdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR