Cəlilabadda kütləvi dava: yaralananlar var - Açıqlama

img

07-07-2022 [10:57]


Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Babalı və Şorbaçı kəndlərinin kəsişməsində yerləşən örüş sahəsində qeydə alınıb.

Məlumata görə, rayonun Babalı kənd sakini, 12 yaşlı Y.Əzizov Şorbaçı kəndindən olan 7 nəfər şəxs tərəfindən döyülüb. Daha sonra yeniyetmənin köməyinə gedən atası Qədəmşah Əzizov və əmisi Səməd Əzizov da orada döyülüblər.

Döyülən şəxslərin sözlərinə görə, onlar qonşu kənddə digər kənd sakinlərinə məxsus mal-qaranın örüş sahəsinə girdiyi üçün fiziki təzyiqlərə məruz qalıb. Qeyd olunub ki, təsadüfən oradan keçən yeniyetmə bu səbəbdən döyülüb.

Məlumata görə, dava zamanı qarşı tərəfdən də bir nəfər xəsarət alıb.

Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev faktı "Report"a təsdiqləyib. O bildirib ki, həmin mübahisə zamanı hər iki tərəfdən xəsarət alan olub.

DİN rəsmisi qeyd edib ki, faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Təyin olunmuş müvafiq ekspertizaların və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub