Ceyhun Bayramov: “Rəsmi Bakı İrəvana münasibətləri normallaşdırmağı və..."

img

07-07-2022 [10:41]


“Postmünaqişə dövrü həm Azərbaycan, həm də region üçün geniş imkanlar yaradır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Ermənistana sülh müqaviləsi üzərində işləməyi təklif edib: “Rəsmi Bakı İrəvana münasibətləri normallaşdırmağı və nəqliyyat kommunikasiyalarını bərpa etməyi, bununla da regionda uzunmüddətli sülhə nail olmağı təklif edib".

O bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə Azərbaycan torpaqları 30 illik işğaldan sonra azad olundu: "Xoşbəxt xalqıq ki, bu cür tarixi əhəmiyyətli hadisənin şahidi olduq”.

C.Bayramov vurğulayıb ki, biz gələcəyə baxmalı, tarixi unutmamalı və azad edilmiş ərazilərdə 30 illik işğal dövründə törədilmiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq/Report

Nazir bildirib ki, diplomatiya Həftəsinin gedişində diplomatiya könüllülərinin Şuşaya səfər etməsi, həmçinin Azərbaycanın postmünaqişə dövründəki məqsədləri ilə tanış olması gözlənilir.

O bildirib ki, Ermənistanın Azərbaycanın azad edilmiş ərazilərində vaxtilə törətdiyi vəhşiliklər, vandallıq, əraziləri minalaması, itkin düşmüş şəxslər barədə hamı bilməlidir.

Nazirin sözlərinə görə, bu cür hadisələrin təkrarlanmaması üçün insanlar baş verənlər haqqında həqiqəti bilməlidir.

Nazir Diplomatiya Həftəsinin keçirilməsinin və bu tədbirdə könüllülərin iştirak etməsinin vacibliyini vurğulayıb: "XİN ilə diplomatiya könüllüləri arasında sıx əməkdaşlıq qurulub".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR