Ceyhun Bayramov Tehranda: "Azərbaycan məsuliyyəti öz üzərinə götürməyə hazırdır..."

img

04-07-2022 [15:40]


“Şərqi Zəngəzuru və Naxçıvanı birləşdirəcək ilk körpünün tikintisinə yaxın zamanda başlanacaq”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, ilk körpünün texniki göstəriciləri artıq razılaşdırılıb və tezliklə tikinti işlərinə başlanılacaq.

“Biz həmçinin İranın regional formatlar, o cümlədən “3+3” mexanizmi çərçivəsində iştiraka və əməkdaşlığa konstruktiv mövqeyini alqışlayırıq. Yaxın gələcəkdə, “3+3” mexanizmi çərçivcəsində növbəti görüşə məhz İran ev sahibliyi edəcək”, - Azərbaycanın XİN rəhbəri bildirib/Report.

Nazir əlavə edib ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətini artırmağa və Rəşt-Astara dəmiryolununun tikintisinə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Regionda sülhün bərqərar olmasından danışan XİN rəhbəri Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmağa səy göstərdiyini deyib: “Biz Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsinin və beynəlxalq əlaqənin bərpasına hazır olduğumuzu bəyan etmişik və iki ölkə arasında sərhəddin delimitasiya haqqında təklif irəli sürmüşük”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub