"Azəriqaz"ın sahə rəisi qaz oğurluğuna görə işdən qovuldu

img

14-04-2014 [12:15]


Tərtər rayon QİS-nin rəisi sayğacdan kənar qazdan istifadə etdiyinə görə işdən çıxarılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə "Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Azər Ağayev məlumat verib.

O bildirib ki, Tərtər rayon QİS-nin rəisi Bakir Qurbanov Azəriqaz İstehsalat Birliyi baş direktorunun 10 aprel tarixli əmri ilə işdən azad olunub.

Rəisin vəzifəsindən azad olunmasına səbəb işdə yol verdiyi nöqsanlardır. Belə ki, Bakir Qurbanov sayğacdan kənar qazdan istifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA