Ərdoğan NATO sammitin ilə bağlı brifinq keçirdi: "Prosesi diqqətlə izləyəcəyik və..."

img

30-06-2022 [17:58]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransı keçirib.

Mia.az xəbər verir ki, o, sammitdə də həmrəylik vurğusunu xüsusi qabardıb: “Sammitdə müttəfiqlərdən sözdə deyil, əməldə də həqiqi həmrəylik gözlədiyimizi söylədim. NATO-nun etibarlılığını və inandırıcılığını qorumaq istəyiriksə, müttəfiqlər olaraq terrorun bütün təzahürləri ilə mübarizədə daha konkret, tutarlı və səmimi addım atmağımız şərtdir. Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu da bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir. Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”.

Ukraynadakı savaşa toxunan Ərdoğan deyib ki, qarşıdakı günlərdə Putin və Zelenski ilə telefonda danışacaq: "Bizim “yol xəritəmiz” artıq var. Bizim 20-yə yaxın ərazidə gəmilərimiz var. Odur ki, dəhlizin açılmasına çalışacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR