Respublika Fənn Olimpiadasının qalibləri mükafatlandırılıb

img

30-06-2022 [16:20]


ADA Universitetində Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, deputatlar və digər rəsmi şəxslər iştirak edib.

Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev qeyd edib ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

O bildirib ki, respublika fənn olimpiadalarında 9-10-11-ci sinif şagirdləri və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri Azərbaycan və rus bölmələri olmaqla 8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, riyaziyyat, fizika, informatika) üzrə iştirak edirlər:

"Bu ilin ilk yarısında start götürən Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvar ayında, respublika mərhələsinin yarımfinal turu fevral və mart aylarında, final turu isə may ayında keçirilib. Olimpiadalarda cəmi 28 130 nəfər şagird iştirak edib. 6 000-ə yaxını yarımfinala keçən şagirddən 805-i finala çıxıb. Onlardan 397-si isə qalib elan edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR