Rəsmi London: “Ukrayna dağıdıcı silahlar verəcəyik" - "Ukrayna Rusiya ordusunu darmadağın edə bilər”

img

30-06-2022 [17:52]


“Ukrayna ordusu ölkənin hər yerində Rusiya ordusunu darmadağın edə bilər”.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass BBC radiosuna müsahibəsində deyib.

“Bu, yaxın gələcəkdə ola bilər. Rusiya Ukrayna ərazilərini qeyri-qanuni işğal edib. Onları bütün Ukrayna ərazisindən sıxışdırıb çıxarmaq lazımdır. Ukrayna ərazisinin yaxın gələckdə Rusiya ordusundan azad edilməsi realdır. Biz bunun üçün Ukraynaya ölümcül silahlarla dəstək verməyə davam edəcəyik”, - o, söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR