Dünya çempionatı: Azərbaycanın yığması Portuqaliya ilə "döyüşəcək"

img

29-06-2022 [13:40]


Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.

Mia.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığma bu raundda Portuqaliya ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR