Ərdoğan NATO baş katibi ilə birgə Finlandiya və İsveçin rəhbərləri ilə görüşdü, hər iki ölkə öhdəlik götürdü -  Birgə bəyannamə imzalanıb (Yenilənib)

img

28-06-2022 [22:03]


Bu gün NATO sammiti üçün Madridə səfər edən Türkiyə prezidenti Ərdoğan orada NATO Baş katibi iləı birgə Finlandiya və İsveçin rəhbərləri ilə görüşüb.

Mia.az xəbər verir ki, Finlandiya prezidenti Niinistö, İsveç Baş naziri Andersson və NATO baş katibi Stoltenberqlə birgə aparılan müzakirə 2 saatdan çox çəkib.

Görüşdə tərəflər hər iki ölkənin NATO-ya üzvlük məsələsini müzakirə ediblər.

Ərdoğan "biz boş sözlər deyil, real iş istəyirik", - deyərək, Türkiyənin hər iki ölkə rəhbərindən şərtlərinə əməl etmələrini tələb edib.

Tərəflər 4-lü görüşdən sonra ortaq bəyannamə imzalayıb.

Bəyannamədə İsveç və Finlandiya PKK/YPG-yəö dəstək verməyəcəkləri barədə öhdəlik götürüb.

Türkiyə mediasə isə bu görüşdən sonra "Türkiyə hər iki ölkədən istədiyini aldı. Hər iki ölkə Türkiyəyə silah embarqosunu qaldırıb. Eyni zamanda, hansı terror təşkilatı olusa-olsun, hər iki ölkə Türkiyənin yanında olacaq", - açıqlamasını yayıblar.

***

Son məlumata görə, bəyannaməyə əsasən,  Finlandiya və İsveç Türkiyənin qarşısında aşağıdakı öhdəlikləri götürüblər:

• PKK və filiallarına qarşı mübarizədə əməkdaşlıq;

• Gülənçilərə və PKK-nın Suriyadakı filiallarına kömək göstərilməməsi;

• Hərbi-sənaye kompleksi sahəsində Türkiyəyə qarşı embarqonun götürülməsi və Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi;

• Cinayətkarların və terrorçuların Türkiyəyə verilməsi üçün konkret tədbirlərin görülməsi və ikitərəfli müqavilələrin bağlanması;

• PKK və filialları üçün vəsait toplanması və insanların ələ alınmasının qadağan edilməsi;

• PKK-nın Türkiyəyə qarşı təbliğatının qarşısının alınması;

• Ədliyyə, kəşfiyyat və təhlükəsizlik orqanlarının iştirakı ilə göstərilən tədbirlərin yerinə yetirilməsinə nəzarət üçün birgə mexanizmin yaradılması.


Digər xəbərlər
SON XƏBƏRLƏR