Sosial müavinətlər və əmək pensiyası ilə bağlı daha kimlərə güzəşt olunacaq? - Prezidentdən növbəti dəyişikliklər
28-06-2022 [18:52]
Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı qaydası dəyişib.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etməsi ilə mümkün olub.
Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Eyni zamanda pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
***
Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ verilib.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna etdiyi dəyişikliyə əsasən, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçidlə bağlı istisna aradan qaldırılıb.
Beləliklə, bütün növ əmək pensiyalarına keçmək mümkün olacaq. Bununla da pensiyaçıların ya əlilliyə, ya da yaşa görə pensiya seçmək hüququ yaranır.
***
Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb.
MİA.AZ xəbər verir ki, sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.
Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.
Yeni dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.
***
Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.
Mia.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə sənədi imzalayıb.
Dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə “şərti əmək pensiyası” anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənir.
Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.
Qanuna əlavə edilmiş yeni maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.
***
Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar pensiyaya tez çıxa biləcəklər.
Mia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik etməsi ilə mümkün olub.
Belə ki, anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya çıxmaq hüququ veriləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb