227 QHT layihə verdi, cəmi 22-nə qrant ayrıldı - Dövlət Agentliyi kimlərə şans tanıdı? (SİYAHI)

img

28-06-2022 [18:41]


Xəbər verdiyimiz kimi, QHT Agentliyi bu gün Şuşada “Şuşa ili”nə həsr edirlmiş qrant müsabiqəsinə qatılam 227 QHT-dən cəmi 22-nə qrant ayırıb.

Mia.az açıqlanan siyahıya istinadla xəbər verir ki, qalib QHT-lər arasında deputat  Ziyad Səmədzadədən tutmuş ATV-də məişət tipli verilişi aparan Lalə Azərtaşın sahibləri olduğu təşkilatların da adları var.

Maraqlı burasıdır ki, yeni layihə verən bir çox peşəkar təşkilatlara bu dəfə şans tanınmayıb.

Bu da sosial şəbəkədə müəyyən narazılıq yaradıb.

Qalib QHT-lərin adlarını aşağıdakı siyahıda təqdim edirik:

***

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

Mia.az Modern.az-a istinadən  xəbər verir ki, qaliblərin adları QHT Agentliyinin bu gün Şuşada təşkil etdiyi tədbridə elan olunub.

Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib ki, “Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalib layihələrin icrası diqqət mərkəzində saxlanılacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub