Siyavuş Novruzov: "Birinci Qarabağ müharibəsində 4 il sərasər vuruşan oğullar var"

img

28-06-2022 [13:00]


“Seyid cəddinə arxayın olan kimi, neft və qazın qiymətinə arxayın olmamalıyıq. Yeni iş yerlərinin açılmasına və büdcəyə gəlir gətirən sahələrə diqqət yetirməliyik”.

Bu fikirləri Milli Məclisin iclasında çıxış edən komitə sədri Səyavuş Novruzov deyib.

Deputat bildirib ki, büdcə vəsaitlərindən də qənaətlə, düzgün istifadə etməliyik.

S.Novruzov müharibə veteranlarına verilən 80 manatlıq müavinətlərin 130 manata qaldırılmasını təklif edib.

Bildirib ki, kommunal xidmət haqlarının artmasını nəzərə almaq lazımdır. “Birinci Qarabağ müharibəsi iştirakçıları ilə İkinci Qarabağ müharibəsi iştirakçıları arasında hər hansı ayrıseçkilik yolverilməzdir. Birinci Qarabağ müharibəsində 4 il sərasər vuruşan oğullar var. Silahsız, hökumətsiz qoruyurdular Vətəni. Ona görə də onların arasında fərq qoymamalıyıq”/Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR