Ərdoğan Baydenin onunla görüşmək istədiyini dedi: "Biz də ona "olar" dedik, yunan tərəfinə isə qapını bağladıq”

img

28-06-2022 [12:48]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Cozef Baydenlə telefon danışıb.

Mia.az xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşərkən hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu dilə gətirib. "Biz də “Ola bilər” dedik”.

Ərdoğan NATO zirvəsində Yunanıstanın Baş naziri ilə görüşünü isə mümkünsüz sayıb: “Biz o qapını bağladıq. Bundan sonra ritorikalarını düzəltməlidirlər. Ondan sonra hansı səviyyədə təmaslar apara biləcəyimizi düşünərik”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR