Məktəb direktoru: "Bir qadını şərləməyi özlərinə necə sığışdırırlar?!” - İdarə rəhbərinndən iddialara reaksiya
28-06-2022 [11:21]
“Mən uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğulam. Direktor kimi ağlıma da gətirməzdim ki, nə zamansa rəhbərliyimin təzyiqlərindən, Anar Qədimalıyevin özbaşına davranışlarından bezib intihara cəhd edə bilərəm. Təəssüf ki, bu olay artıq baş verib. Araşdırma aparılır və bu barədə çox danışmaq istəmirəm. Sadəcə, Regional Təhsil İdarəsinin yaydığı o iftiraya görə deyim ki, “kişi olsunlar, məni ucuz yalanlarla şərləməsinlər”.
Bu sözləri açıqlamasında Gəncə şəhəri 1 saylı tam orta məktəbinin direktoru Mətanət Qarayeva deyib. Məktəb direktoru onu intihara sövq edən səbəblərə dair qarşı tərəfin yaydığı rəsmi açıqlamanı təkzib edərək bildirib: “Anar Qədimalıyevin rəhbərlik etdiyi təhsil idarəsi səhvlərini gizlətmək üçün bildiriblər ki, guya məktəbimizin sabiq ingilis dili müəlliminin biri xarici ölkədə yaşayıb. Ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əməkhaqqı köçürülüb, habelə 04 aprel tarixində işdən azad edilib. Və guya yerli araşdırma nəticəsində bu məlumat təsdiqini tapıb. Guya həmin müəllimin də dərs saatları müvafiq müəllimlər arasında bölünməsi barədə əmrim düzgün olmayıb. Ona görə də intihara cəhd etmişəm. Ağ yalandır, buna hansı ağlı başında olan biri inanar?".
Qarayeva əlavə edib: “Bildirirəm ki, deyilən müəllim bu ilin yanvarından analıq məzuniyyətinə buraxılıb və müəllimlə məktəb arasındakı müvafiq əmək müqaviləsinin xitam olunduğu tarixədək (04 aprel 2022) ona heç bir əməkhaqqı yazılmayıb, tabelə imza atılmayıb. Belə özbaşınalığı etmək mümkünsüzdür, özləri bu işlərə nəzarət edirlər. Bu vəziyyətimdə mənə və məktəbə qarşı belə bayağı yalanı səsləndirməyi, bir qadını şərləməyi özlərinə necə sığışdırırlar?!”- sitatın sonu.
Onu da bildirək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (GDRTİ) sözügedən iddiası üzrə sabiq müəllimin nə vaxtdan ölkə xaricində olması barədə aidiyyəti dövlət orqanlarına sorğu göndərib
Həqiqət belədir ki, GDRTİ-nin rəhbəri Mətanət Qarayevanı direktorluqdan çıxarıb məktəbin rəhbərliyini öz yaxın qohumu, həmin məktəbin təşkilatçı müavini Nüşabə Məmmədovaya devr etmək istəyilə məktəbə basqılar həyata keçirib. Nəticədə, Anar Qədimalıyevin təzyiqlərinə sinirləri dözməyən direktor iyunun 23-də səhər saatlarında yaşadığı evdə dərmanlar içərək intihara cəhd edib.
Hadisə ilə əlaqədar Göygöl rayon prokurorluğunda cinayət işi açılıb və olay Gəncə Baş polis İdarəsi tərəfindən də araşdırılır.(demokratik.az)
Mia.az xəbər verir ki, Anar Qədimaliyev isə məktəb direktorunun iddiaları ilə razılaşmayıb.
O bildirb ki, ünvanına deyilənlər yalandır: "Həmi direktorla bağlı prokurorluq araşdırma aparır və qısa zamanda qərarlar hüquqi qüvvəyə mindikdən sonra hamı üçün aydın olacaq. Müəllimə xaricdə ola-ola ona dərs yazılıb. Biz onun ölkədən giriş-çıxışının yoxlanılması üçün müvafiq dövlət qurumuna sorğu göndərmişik və cavab gəlib ki, ölkədən çıxıb, amma qayıtmayıb. Əlimizdə fakt ola-ola bizə deyir ki, şər-böhtan atırsınız. Onun digər məsələlərə necə reaksiya verdiyini fikirləşin".
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib