İlham Əliyevin Ümumdünya Şəhər Forumunda çıxışı təqdim olunub - TAM MƏTN
GÜNDƏM
27.06.2022, 13:03
Polşanın Katovitsa şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) XI sessiyası davam edir.
Mia.az xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.
Prezident İlham Əliyevin çıxışını təqdim edirik:
"- Hörmətli xanımlar və cənablar.
Hörmətli tədbir iştirakçıları.
Ümumdünya Şəhər Forumunda çıxış etməyimdən məmnunam.
Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.
Tədbir iştirakçıları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparmışlar.
“2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndirir. Paytaxt Bakının tarixi simasını qorumaqla bərabər, biz onun infrastrukturunun yenidən qurulmasına və müasirləşdirilməsinə nail olmuşuq. Qeyd etmək lazımdır ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik. Ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, park və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir.
Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Hiroşiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib.
Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmin şahid olmuş və dağıntıların tam miqyasını sənədləşdirmişlər.
Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər.
Hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir.
Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir.
Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.
Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.
Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır.
Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir.
Ümumilikdə, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq.
Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək.
Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır.
Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.
Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.
Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik.
Bu ilin mart ayında Azərbaycana səfəri çərçivəsində BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN-HABITAT”) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə gələcək əməkdaşlığımızı müzakirə etmək imkanımız oldu. Xanım icraçı direktor azad olunmuş Ağdam şəhərinə səfər etdi və dağıntıların miqyasının şahidi oldu. Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik.
Azərbaycan ilə UN-HABITAT arasında bu il Azərbaycanda, Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsi də müzakirə edilir.
Çıxışımın sonunda böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə ev sahibliyi etmək arzusundadır və buna hazırdır. Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır.
Forumun işinə uğurlar arzulayıram. Təşəkkür edirəm".
Qeyd edək ki, BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir surətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunmuş Ümumdünya Şəhər Forumu keçirilir. Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası iyunun 30-dək davam edəcək.
BMT-nin Yaşayış Məskənləri Proqramı 1976-cı ildə Kanadanın Vankuver şəhərində keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı” üzrə birinci konfransın (I HABITAT konfransı) nəticəsi olaraq 1978-ci ildə BMT qurumu kimi yaradılıb. Təşkilatın baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşir. UN-HABITATIN icraçı direktoru malayziyalı xanım Maimuna Mohd Şərifdir. Xanım Maimuna Mohd Şərif 2022-ci ilin martında ölkəmizdə səfərdə olub, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Səfər çərçivəsində icraçı direktor işğaldan azad edilmiş Ağdam şəhərində olub.
Xatırladaq ki, 1996-cı ildə İstanbulda keçirilmiş “Yaşayış məskənləri və dayanıqlı şəhər inkişafı”na dair II HABITAT konfransında “Məskunlaşma Gündəliyi” qəbul edilib. “Məskunlaşma Gündəliyi”nin əsas məqsədi hər kəs üçün adekvat sığınacaq və şəhərləşən dünyada dayanıqlı insan məskunlaşmasının inkişafından ibarət olub.
2016-cı ildə keçirilmiş III HABITAT konfransında “Yeni Şəhər Gündəliyi” adlı sənəd qəbul edilib. Gündəliyin əsas hədəfləri arasında gecəqondularda yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması, təmiz içməli su və sanitar şəraitin təmin edilməsi mühüm yer tutur.
UN-HABITAT 90-dan çox ölkədə müxtəlif sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr şəhər qanunvericiliyi, torpaq və idarəçilik, şəhər planlaşdırılması, şəhər iqtisadiyyatı, şəhərlərdə əsas xidmətlər, mənzil və gecəqondu şəraitinin yaxşılaşdırılması, risklərin azaldılması və reabilitasiya məsələlərini əhatə edir.
UN-HABITAT donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir. 2009-cu ildə Şri-Lankadakı münaqişənin başa çatmasından sonra UN-HABITAT 31 min ailənin dağılmış evlərinin bərpasını və 420 min köçkünün həyat şəraitini yaxşılaşdıran infrastruktur layihələrini reallaşdırıb. Oxşar fəaliyyət 2019-cu ildə İraqda da həyata keçirilib.
Hazırda ölkəmizdə şəhərsalma mövzusunda illik əsasda konfransın keçirilməsi ilə bağlı Azərbaycan ilə UN-HABITAT arasında məsləhətləşmələr aparılır. İlk konfransın bu ilin payızında Ağdam şəhərində keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertinin cəlb olunması ilə bağlı danışıqlar aparılır.
Azərbaycan bu yaxınlarda təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
Əli Nağıyev MDB üzrə həmkarları ilə bir arada: yeni əməkdaşlıq formatları barədə razılıq var - Müzakirə + FOTO
Bugün, 00:03 SİYASƏT
-
Bu gün Müstəqillik Günü qeyd olunur
Bugün, 00:01 GÜNDƏM
-
Zelenski: "Ukrayna ilə Azərbaycan arasında..."
27.05.2026, 18:38 SİYASƏT
-
Rövnəq Abdullayevin kürəkəninin bankındə dəyşiklik - "Rabitəbank"da yenidən pay bölgüsü oldu
27.05.2026, 16:40 İQTİSADİYYAT
-
“EuroHome” qapadıldı, növbə hansı bazarındır? - “Binə”, “Sədərək”, “8-ci km”...
27.05.2026, 15:04 CƏMİYYƏT
-
Hindistan prezidenti İlham Əliyevə məktub göndərdi: "Ölkəmizlə Azərbaycan arasında tarixi və..."
27.05.2026, 14:54 GÜNDƏM
-
Bakının Lökbatan-Güzdək yolunu sel dağıdıb - "Alternativ yol salınır"
27.05.2026, 14:10 CƏMİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
27.05.2026, 14:10 CƏMİYYƏT
-
"Azər Məmmədovun səlahiyyəti yoxdur, oranı Ziba xanım məsafədən idarə edir" - Sabiq icra başçısı "Azəriqaz"ın rəhbəri haqda belə deyir (FOTOLAR)
27.05.2026, 12:35 CƏMİYYƏT
-
“Orta gücə” malik Azərbaycan....- TƏHLİL
27.05.2026, 11:41 SİYASƏT
-
Hacı Surxay: "Kreditlə, borcla qurban kəsmək olmaz"
27.05.2026, 11:27 CƏMİYYƏT
-
Qurban bayramı: 134 ünvanda satış və kəsim xidmətləri göstərilir
27.05.2026, 11:16 CƏMİYYƏT
-
Lənkəranda hoteldə qadınlara hücum olub
27.05.2026, 10:04 KRİMİNAL
-
Azərbaycan məscidlərində Qurban bayramı namazı qılınıb
27.05.2026, 09:05 GÜNDƏM
-
Azərbaycan nefti ucuzlaşdı - 3.5 dollar
27.05.2026, 09:01 İQTİSADİYYAT
-
Göyçayda 14 il əvvəl törədilmiş qətlin üstü açıldı
27.05.2026, 00:52 KRİMİNAL
-
Prezident Maliyyə Nazirliyinə əlavə səlahiyyət verdi - Fərman
27.05.2026, 00:11 İQTİSADİYYAT
-
Bu gündən ölkədə 5 gün ardıcıl rəsmi iş günü olmayacaq
27.05.2026, 00:07 GÜNDƏM
-
Bu gün Qurban bayramıdır
27.05.2026, 00:04 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
27.05.2026, 00:02 CƏMİYYƏT
-
İsrail Livanın cənubunda yenidən quru hücumuna başlayıb
26.05.2026, 23:58 GÜNDƏM
-
Tomas Reis yeni klubla anlaşıb?
26.05.2026, 23:51 İDMAN
-
“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər
26.05.2026, 19:42 CƏMİYYƏT
-
“Kılıçdaroğlu geri çəkilməlidir” – MHP liderindən maraqlı açıqlamalar
26.05.2026, 19:37 SİYASƏT
-
Azərbaycan və İran prezidentləri telefonda müzakirə apardı
26.05.2026, 19:15 GÜNDƏM
-
Əli Əsədov Mixail Mişustinlə telefonda danışdı - Açıqlama
26.05.2026, 18:57 SİYASƏT
-
İbrahim Tatlıses yeni imicdə: “Mən buradayam”
26.05.2026, 18:10 MƏDƏNİYYƏT
-
İrandan ABŞ-ın hücumuna sərt reaksiya: “Cavabsız qalmayacaq” - Müharibə təhlükəsi yenidən artır
26.05.2026, 18:02 GÜNDƏM
-
Qulu Məhərrəmlidən AKİ-də baş verənlərə reaksiya: "...onlar yaşlı nəslin aşırı şıltaqlığını qəbul etmirlər!"
26.05.2026, 17:54 MƏDƏNİYYƏT
-
İsrail prezidenti: "Azərbaycanla strateji cəhətdən həyati əhəmiyyətli və..."
26.05.2026, 17:42 SİYASƏT
-
Prezident daha bir Dövlət Proqramını təsdiqlədi - 3 illik
26.05.2026, 17:39 GÜNDƏM
-
İyun ayında hava necə olacaq? - Proqnoz
26.05.2026, 17:22 GÜNDƏM
-
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - TAM SİYAHI (YENİLƏNİB)
26.05.2026, 17:05 GÜNDƏM