İlham Əliyevlə şirkət rəhbəri arasında maraqlı dialoq: "Ermənilər burada yaşamayıblar və hər şeyi dağıdıblar"
27-06-2022 [13:07]
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.
Mia.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov dövlətimizin başçısına Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib.
Bildirilib ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır. Beləliklə, Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılacaq.
Daha sonra Prezident İlham Əliyev Kəlbəcər Zəfər və İşğal muzeylərini layihələndirən “ACN” şirkətinin nümayəndələri ilə görüşüb.
Şirkətin icraçı direktoru Laura Konti dedi: Sizi görmək bizim üçün şərəfdir.
Prezident İlham Əliyev: Gəldiyiniz üçün təşəkkür edirəm.
Laura Konti: Bizi dəvət etdiyiniz üçün minnətdarıq. Burada olmaqdan məmnunluq və şərəf hissi keçiririk. Təşəkkür edirəm. Xüsusilə bu möhtəşəm mühitdə, gözəl təbiətdə olmaq heyrətamizdir. Bura bizim olduğumuz ən gözəl yerlərdən biridir.
Prezident İlham Əliyev: Bəli, bütün bu ərazilər belədir. Bütün bu ərazilər yaşıllıqdır.
Laura Konti: Təbiət heyrətamizdir. Təbiət bizim layihənin ilham mənbəyidir.
Dövlətimizin başçısı İşğal və Zəfər muzeylərinin layihəsini əks etdirən videoçarxa baxıb.
Prezident İlham Əliyevə Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksi barədə məlumat verildi. Qeyd olundu ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək. Bu, gözəl bir mühitdə yerləşən möhtəşəm layihə olacaq. Çünki bu ərazi landşaftına görə heyrətamiz gözəlliyə malikdir. Kompleksin bir hissəsi işğal tarixinə, digəri isə Zəfərə həsr olunacaq. Bu layihə ilə həm də təbiətə ehtiram nümayiş olunacaq.
“ACN” şirkətinin nümayəndəsi: Ermənilər buranı işğal ediblər, lakin burada yaşamayıblar.
Prezident İlham Əliyev: Yaşamayıblar və hər şeyi dağıdıblar.
Şirkətin nümayəndəsi: Hər şeyi bir-bir dağıdıblar.
Prezident İlham Əliyev: Bunu etmək üçün heç bir səbəb yox idi. Biz onlara qarşı heç bir pis iş görməmişik. Biz etnik təmizləməyə məruz qalmışıq. Onlar bizim torpağımıza gəldilər, hər şeyi dağıtdılar və getmədilər. Kəlbəcəri tərk etmək üçün onlara vaxt verəndə nə etdilər? Evləri yandırmağa, ağacları kəsməyə başladılar və 32 su elektrik stansiyasını dağıtdılar. Təsəvvürünüzə gətirirsinizmi?
Şirkətin nümayəndəsi: Mən su elektrik stansiyalarının dağıdılmasını görmüşəm.
Laura Konti: Hər şey yandırılmışdır.
Sonra dövlətimizin başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib