Bu gün Bakıda yürüş olacaq - Bu yollar bağlanacaq (SİYAHI)

img

26-06-2022 [09:12]


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən Mia.az-a verilən məlumata görə, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

Bildirilib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:

"- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;

- Şəhidlər Xiyabanı - Alov qüllələri - İçərişəhər metrosu - Qala qapısı - Kukla teatrı - AzNeft dairəsi - Bəhram Gur heykəli;

- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti;

- Nərimanov heykəli - Mərkəzi park - Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Milli Bank.

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağadakı ünvanlarda çıxışlar edəcəklər.

- Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

- AzNeft dairəsindəki bayraq meydanında;

- Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

- Zabitlər parkında;

- Koroğlu parkında;

- Fəvvarələr meydanında.

"Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik avtomobillərindən istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir".


Digər xəbərlər
SON XƏBƏRLƏR