"Neftçi" qanalı hücumçu ilə danışıq aparır

img

24-06-2022 [17:52]


"Neftçi" İsrailin "Makkabi" (Hayfa) klubundan ayrılan qanalı futbolçu Qodsvey Donyo ilə danışıqlar aparır.

Məlumata görə, 28 yaşlı hücumçu artıq Bakıdadır. Yaxın zamanlarda onunla rəsmi müqavilə imzalanacaq.

İsrail mətbuatı isə artıq tərəflərin münasibətlərini rəsmiləşdirdiyini yazıb.

"Ağ-qaralar" daha əvvəl İsrailin "Aşdod" klubundan yarımmüdafiəçi Ataa Caberi heyətinə qatıb/Report.

Qeyd edək ki, 2013 - 2016-cı illərdə İngiltərənin "Mançester Siti" klubunun U-18 və U-21 komandalarında çıxış etmiş Qodsvey Donyo Danimarkada "Norşellan", Almaniyada "Dinamo" (Drezden) klublarında da forma geyinib. Afrikalı hücumçu ötən mövsüm 41 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:21 18.08.2022

Qorxulu adamlar...