Nazir müavini: "Bəzi məhsulların qiymətləri artıb, inflyasiya problemləri var"

img

24-06-2022 [11:30]


"Dünyada tədarük zəncirinin pozulması nəticəsində bəzi məhsulların qiymətləri artıb, inflyasiya problemləri var".

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumunda deyib.

O bildirib ki, əvvəlki dövrlərdən qalmış bir neçə çağırışımız, çətinliklərimiz var:

"Bunlardan biri koronavirus (COVID-19) pandemiyasının təsirləri, regionda münaqişələrin mövcud olması, ərzaq təhlükəsizliyi məsələsidir. Bütün bunlar əks tədbirlər tələb edir ki, dövlət və özəl sektor arasında, ölkəmizlə beynəlxalq maliyyə qurumları arasında əlaqələr gücləndirilsin. Nəzərə alsaq ki, QDTİB-in investisiya portfeli genişdir, burda geniş əməkdaşlıq imkanları yaranır. Azərbaycanda fəaliyyət göstərən banklarla QDTİB arasında gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlıq çox böyük önəm daşıyır. Bankla İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu arasında imzalanmış sənəd çox önəmlidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:45 07.10.2022

Paşinyan Rusiyaya gedib