İsrailin xarici işlər naziri Türkiyədə: "Türkiyəyə kəşfiyyatına təşəkkür edirik, çünki İranın planını..."

img

23-06-2022 [17:31]


İsraillin xarici işlər naziri Yair Lapid Türkiyənin paytaxtı Ankarada rəsmi səfərdədir.

Mia.az xəbər verir ki, o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə iqtisadi-ticari məsələlərlə yanaşı regional problemlər də müzakirə olunub.

Türk nazir deyib ki, qarşıda hər iki ölkə bir-birlərinə səfir göndərmə məsələsini həll edəcək: “Türkiyə və Şimali Kipr Türk Respublikasındakı meşə yanğınlarının qarşısının alınmasına İsrailin göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edirəm. Şimali Kipr Türk Respublikasında meşə yanğının söndürülməsi üçün İsrail 2 təyyarə göndərmək barədə qərar verib. Buna görə təşəkkürümüzü bildiririk. Bu gün “Türkiyə üçün də ehtiyac varmı?” soruşdular. Ehtiyac olarsa, əlaqə saxlayacağıq. Ancaq yenə də təklifə görə təşəkkür edirik,

Səfirlərimizin yaxın gələcəkdə geri qayıtması üçün mühüm addımlar atdıq. İsrailli turistlərin yaxın gələcəkdə Türkiyəyə gələcəyinə ümid edirik”.

İsrailli nazir isə bir müddət əvvəl İran kəşfiyyatının Türkiyədəki yəhudilərə qarşı planının deşifrə olunmasına görə Türkiyə xüsusi xidmət orqanlarına təşəkkür edib: "Türkiyə kəşfiyyatı İranın bizim vətəndaşlara qarşı planını aradan qaldırdı. Buna görə təşəkkür edirik. Bundan sonra Türkiyəyə İsrail vətəndaşlarının səyahət etməsi üçün problem qalmayıb. Biz əvvəlki xəbərdarlığımızı ləğv edəcəyik".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR