Azərbaycan cüdoçusu erməniyə qalib gəlib (Yenilənib)

img

23-06-2022 [17:23]


Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala çıxıb.

Mia.az xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.

50 kq-da Məhəmməd Məmişov finala gedən yolda fransalı Kays Gettari, 60 kq-dakı Nizami İmranov isə ukraynalı Nazar Viskovu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan 6 cüdoçudan 2-si - Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) isə yarışı medalsız başa vurub.

***

Azərbaycan daha bir cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Mia.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov yarımfinalda ukraynalı Nazar Viskovu məğlub edərək, adını həlledici mərhələyə yazdırıb. Onun finaldakı rəqibi macarıstanlı Adam Mayor olacaq.

50 kq-da yer alan Məhəmməd Məmişov isə finala gedən yolda fransalı Kays Gettariyə uduzaraq, bürünc medal görüşündə ermənistanlı Gor Safaryana rəqib olub.

Qeyd edək ki, daha əvvəl 55 kq-da Şahin Orucov və 48 kq-da Aydan Vəliyeva Avropa çempionatında finala yüksəlib. Onlar müvafiq olaraq, serbiyalı Matiya Yeremiç və isveçli Tara Babulfatla üz-üzə gələcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR