PUTİNİN CANGÜDƏNİ BAŞINDAN GÜLLƏLƏNİB - Nə baş verir? (FOTO)

img

22-06-2022 [23:52]


Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Rusiya mətbuatı xəbər verir ki, o, hazırda ağır vəziyyətdə reanimasiyadadır.

Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança da olub.

Bildirilir ki, Zimin Kremldə təkcə Vladimir Putinin deyil, Boris Yeltsinin dövründə də işləyib.

Rusiya mətbuatı xəbər verir ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaq ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR