Lavrov Tehrandan Bakıya gələcək

img

22-06-2022 [12:24]


Rusiya xarici işlər naziri Sergey Lavrov İrana işgüzar səfərə gedəcək.

Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Lavrovun Tehrana səfəri iyunun 22-23-də baş tutacaq.

Zaxarova Rusiya XİN başçısının Tehrana səfəri zamanı ikitərəfli münasibətlərin, İranın nüvə problemi ətrafındakı vəziyyətin, Suriya və Ukrayna problemlərinin müzakirəsinin planlaşdırıldığını söyləyib/APA.

Qeyd edək ki, Lavrov Tehran səfərindən sonra, iyunun 23-24-də Bakıda işgüzar səfərdə olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA