Kafedən icra başçısı postuna uzanan yol və ya Biləsuvarın icra başçısı ali təhsili necə alıb? – Özəl

img

11-04-2014 [18:03]



Biləsuvar rayonunun icra baaşçısı Mahir Quliyevvlə bağlı Mia.az-a maraqlı məlumat daxil olub. 

Mia.az-a verilən məlumatda 56 yaşlı icra başçısı Mahir Quliyevun 42 yaşında qanuni yolla ali təhsil alması şübhə altına alınıb.

Mia.az-ı məlumatlandıran informasiyalı şəxsin iddiasına görə, Mahir Quliyevin 2000-ci ildə Naxçıvan Özəl Universitetini bitirməsi haqda diplomu var və diplom sayəsində o, 8 ildir icra başçısı postunu tutur: «Mən sizə sual edirəm və xahiş edirəm, araşdırın ki, Mahir Quliyev 2000-ci ildə Naxçıvan Özəl Universitetini necə bitirib? Onun tələbə yoldaşları kimlər olub? Ümumiyyətlə, o, həmin özəl universitetin harada yerləşdiyini və müəllimlərini xatırlaya bilirmi? Və ən əsası Mahir Quliyev mövcud qanunlar, eyni zamanda, prezidentin sərəncam və fərmanları ilə tənzimlənən qəbul qaydalarına uyğun ali məktəbə imtahan veribmi? Yəni o, test üsulu ilə hansı məktəbdə qəbul imtahanda iştirak edib?».

Mənbə bu sualların cavablarını da deyib. Lakin Mahir Quliyevin suallara münasibətini öyrənə bilmədiyimizdən yazmadıq.

 Bununla bərabər, Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi internet ünvanına baxarkən, Mahir Quliyevin həqiqətən 2000-ci ildə özəl Naxçıvan Universitetini bitirməsi haqda məlumatlarla yanaşı, onun tərcümeyi-halında maraqlı məqamlarla da rastlaşdıq.

Bu səbəbdən Mia.az icra başçısının tərcümeyi-halını olduğu kimi təqdim edir:

 Mahir Hacı oğlu Quliyev, 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində "Naxçıvan" universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik" qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyir. YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Evlidir 3 övladı var.

/span/span

Digər xəbərlər
SON XƏBƏRLƏR