“Yura dövrü dünyası: Hökmranlıq” əfsanəvi fantastik filminin təqdimatı olub

img

21-06-2022 [15:21]


“CinemaPlus Amburan Mall” premium kinoteatrında, açıq səma altında “Yura dövrü dünyası: Hökmranlıq” əfsanəvi fantastik filminin təqdimatı keçirilib.

Mia.az xəbər verir ki, kinoteatr sanki keçmişə, yalnız dinozavrların hökm sürdüyü dünyaya qərq olub.

Bitkilərin bolluğu, filmə özəl dekorasiyalar öz sözünü deyirdi. Dinozavrın peyda olması qonaqların böyük marağına, emosiyalar fırtınasına səbəb olub və onlar özlərini filmin qəhrəmanları kimi hiss edə biliblər.

Kollin Trevorrounun rejissoru olduğu filmdə baş rollarda Diçen Lakmen, Brays Dallas Hovard və Kris Pratt çəkilib.

Nublar adası dağıldıqdan sonra dinozavrlar sərbəst buraxılaraq planeti zəbt etdilər. İnsanlar Yer kürəsində yanaşı dinc yaşayışı şərtləndirən incə tarazlığı qoruyub saxlaya bilirlər. Bəs insan nə vaxta qədər tarixin ən qorxulu varlıqları ilə çiyin-çiyinə yaşayaraq öz hökmranlığını qoruyub saxlaya biləcək?

Tədbirin təşkilində Brand Media Groups, dekor şirkəti "S Design", Strafor kəsim, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, www.animator.az, "Meysəri" şərabları - Azərbaycanda ilk orqanik şərab istehsalçısı, qəhvə "Tupinamba", Bonaqua və Red Bull dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, "Yura dövrü dünyası: Hökmranlıq" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR