Məktəb direktorlarının təyinatı ilə bağlı qayda dəyişir - Nazirdən açıqlama

img

21-06-2022 [12:49]


Azərbaycanda məktəb direktorları şagird sayına görə təyinat ala bilər.

Mia.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

Onun sözlərinə görə, hazırda 600-ə yaxın ümumtəhsil müəssisəsinin rəhbəri vəzifəsi vakantdır: "Məktəb direktoru olmaq istəyənlərin sayı çoxdur, lakin Təhsil Nazirliyinin kriteriyalarına və meyarlarına uyğun şəxslərin müəyyənləşməsi əsasdır. Biz həqiqətən də layiqli namizədlərin məktəb direktoru vəzifəsinə təyinatını istəyirik”.

Nazir bildirib ki, məktəb rəhbərlərinin təyinatı məsələsində şagird sayına görə müxtəlif fərqli seçim qaydalarının tətbiqi nəzərdə tutulub: “Məsələb, daha kiçik məktəblərdə həmin ərazinin, kəndin sakini olan, yaxud da ora yaxın yaşayan bir insanın məktəb direktoru olması və kollektivin iştirakı ilə prosesin həyata keçirilməsini, daha böyük məktəblərdə isə şagird sayı böyüdükcə, işin yükü artdıqca nisbətən daha mürəkkəb və daha çox mərhələli modellərin tətbiqini planlaşdırırıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR