Azərbaycanla Özbəkistan arasında yeni sənədlər imzalanıb - Açıqlama (FOTOLAR)

img

20-06-2022 [19:00]


Bu gün Azərbaycanla Özbəkistan arasında keçirilən biznes forum çərçivəsində ölkələr arasında bir sıra sənədlər imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov sosial şəbəkədəki hesabında paylaşım edib.

Nazir bildirib ki, Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində imzalanan sənədlər əqli mülkiyyət, sənaye, enerji, tikinti, turizm, ixrac və investisiyaların təşviqi, ticarət, KOB-lar və s. sahələrdə yeni əlaqələrin qurulmasına, biznes qurumlarımız arasında əməkdaşlığın genişlənməsinə əlavə imkanlar yaradacaq.

Nazirin sözlərinə görə, Özbəkistan-Azərbaycan biznes forumunda ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes dairələrinin əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirilib: “Özbəkistan iş adamlarını ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət etdik”.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR