Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunub
20-06-2022 [17:40]
Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş növbəti tədbirdə Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin (1693-1763) başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim edilib.
Mia.az xəbər verir ki, açılış mərasimində Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidentləri- akademik İsa Həbibbəyli, akademik Gövhər Baxşəliyeva, muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, KİV, ictimaiyyət və mədəniyyət nümayəndələri, muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açaraq, tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib. Akademik qeyd etdi ki, son illər Milli Azərbaycan Tarixi Muzeyində Qarabağ, o cümlədən Şuşa şəhərinin tarixi və mədəniyyəti ilə bağlı zəngin kolleksiyanın toplanması, tədqiqi və təbliği sistemli şəkil almışdır. N.Vəlixanlı həmçinin zalda Qarabağ və Şuşa tarixi ilə bağlı bir sıra digər unikal eksponatların da nümayiş olunduğunu vurğuladı. Bildirdi ki, bu gün ilk dəfə üzərində Qarabağda zərb edilməsi barədə yazı olan XIV əsrin gümüş pulu, Qarabağ xanlığının “panabadi” pulları, Şuşa qala qapılarının iki gümüş açarı, İbrahimxəlil xanın (1763 -1806) hakimiyyət rəmzi olan şeşpəri, nadir sənəd, foto və rəsmlər, musiqi alətləri, şair Molla Pənah Vaqifin məqbərəsi inşa edilən zaman tikinti yerində aşkarlanan gil qab və başqa dəyərli eksponatlar da nümayiş olunur.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd etdi ki, bu sərgi ictimai, siyasi və tarixi baxımdan mühüm əhəmiyyət kəsb edir. İ.Həbibbəyli muzeydə Qarabağ xanı Pənahəli xan Cavanşirin başdaşının bərpadan sonra ilk dəfə geniş ictimaiyyətə təqdim olunmasının təqdirəlayiq, tarixi bir hadisə olduğunu xüsusilə vurğuladı. Akademik çıxışında Milli Azərbaycan Tarixi Muzeyində keçirilən sərgilərin, tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu və muzeydə qorunub saxlanılan qiymətli eksponatların, maddi-mədəniyyət abidələrimizin ziyarətçilərdə tariximizin və mədəniyyətimizin bu günədək keçdiyi inkişaf yolu barədə ətraflı təsəvvür formalaşdırmasına imkan verdiyini də bildirib.
AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva isə nümayiş olunan Qarabağ və Şuşa tarixi ilə bağlı eksponatların həmin dövrün araşdırılması, tədqiqi və təbliği baxımından tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Məlumdur ki, Pənahəli xan Ağdamın İmarət qəbiristanlığında dəfn edilmiş, qəbri üzərində türbə inşa olunmuşdur. Pənahəli xanın türbəsi haqqında ilk elmi məlumatlar 1940-cı illərdə verilsə də, yalnız 1970-ci illərdə onların əsaslı şəkildə tədqiqi həyata keçirilib. Türbədə xanın qəbri üzərində olan başdaşı 1974-cü ildə Bakıya gətirilmiş, Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Uzun müddət ərzində müvafiq şərait olmadan saxlanılan başdaşının zahiri görünüşü qeyri-qənaətbəxş idi. Nəticədə kolleksiyaya daxil olan eksponatların tarixçələrinin öyrənilməsi, onların tədqiq edilməsi, təmir və bərpa olunması, təmizlənməsi çox vaxt və səy tələb edib.
Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, sərginin kuratoru, t.ü.f.d,, dosent Səbuhi Əhmədov qeyd edib ki, muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənmiş, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılmış, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanmış və başdaşı qurulub. Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub