"Qarabağ"  iki komanda ilə yoldaşlıq oyunu keçirəcək

img

20-06-2022 [16:47]


"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışında iki komanda ilə yoldaşlıq oyunu keçirəcək.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, "köhlən atlar" ilk matçını iyunun 25-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Ağdam təmsilçisi iyunun 29-da isə iki oyuna çıxacaq. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv saat 12:00-da Almaniyanın "Holştayn", saat 18:30-da Rumıniyanın "Universitatya Krayova" komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşa "Lex"i ilə üz-üzə gələcək. İlk görüş iyulun 5-də səfərdə, cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR