"Biri özünü yandırır, intihar edir, o biri nazirliyə hücum edir, digəri..." - Deputat nazirliyi ittiham etdi, hökuməti süni qiymət artımı ilə mübarizə çağırdı

img

20-06-2022 [15:04]


"Sosial müdafiə ilə bağlı ciddi şikayətlər var. İndiyə qədər qazilərin məsələsini həll edə bilməmişik".

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında komitə üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, hökumət tərəfindən süni qiymət artımının qarşısı da mütləq alınmalıdır: "İndiyə qədər qazilərin məsələsini həll edə bilməmişik. 11-12 min qazi var, onların problemlərini həll etməkdə nə problem var ki? Maliyyə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin problemi yoxdur. Biri özünü yandırır, intihar edir, o biri nazirliyə hücum edir, etirazlarını bildirirlər və s. Əmək naziri onlarla bir görüş keçirib, söhbət edə bilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR