Polis rəisinın xidməti maşınında qəzaya düşənlərlə bağlı yeni xəbər, ölənlərin sayı artdı

img

11-04-2014 [11:05]



Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş ağır yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada ölüb. 

Lent.az-ın məlumatına görə, Xocasən qəsəbəsində Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudovun xidməti avtomobili, 10 AA 104 nömrə nişanlı "Hyundai-Sonata” ilə 35 yaşlı Rövşən Əhmədovun sürdüyü "Hyundai-Tucson”un toqquşması nəticəsində polis rəisinin sürücüsü Rafiq Abbasov hadisə yerindəcə keçinib. R.Əhmədov və sərnişini, Emin Kərimov isə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq digər sürücünün də həyatını xilas etmək mümkün olmayıb. E.Kərimovun müalicəsi davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA