“Nar” minifutbol üzrə milli komandamızı təbrik edib - Bulvarda konsert olacaq

img

14-06-2022 [21:01]


“Nar” Avropa çempionatının qalibi olan minifutbol üzrə milli komandamızı möhtəşəm uğuru münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, qələbəni qeyd etmək üçün “Nar”ın dəstəyi ilə iyunun 15-də Bakı bulvarında milli komandanın da iştirakı ilə konsert proqramı baş tutacaq.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Minifutbol Federasiyası, “Azfar Group” və “Zirə” Peşəkar Futbol Klubu təşkilatçılığı ilə baş tutacaq tədbirdə kubokun xüsusi avtobusla tamaşaçılara təqdim olunması gözlənilir. 

Qeyd edək ki, iyunun 11-də minifutbol üzrə Azərbaycanın yığma komandası Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adını qazanıb. 

Ölkədə gənclər arasında idmanın təbliğinə hər zaman xüsusi diqqət ayıran “Nar” milli komandamıza bundan sonrakı fəaliyyətində də uğurlar arzu edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR