Kinematoqrafçılar İttifaqı kinoşünaslar və kinoyazarlar üçün yeni sayt yaradıb

img

14-06-2022 [17:44]


Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

AKİ-dən verilən məlumata görə, “Kinoyazar.az” adını almış yeni saytda Sevda Sultanova, Aygün Aslanlı, Aliyə Dadaşova, Hacı Səfərov və s. kinoyazarların məqalələri yer alıb.

Saytda yerli müasir kinonun problemləri ilə yanaşı, dünya kinosunun da ekran nümunələrinin müzakirə və tənqidi yer alacaq. “Kinoyazar.az” saytı məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanıb.
“Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “Yaxınlaşma”, “Sınaq”, “Mükafat”, “Yenidən doğulma” adlı kateqoriyalara bölünmüş saytda istifadəçilər həm də yerli rejissor və müəlliflərin ssenariləri ilə də tanış ola biləcəklər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub