Ceyhun Bayramov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb - FOTO

img

13-06-2022 [13:04]


Bakıda xarici işlər naziri Ceyhun Bayramovla Azərbaycanda rəsmi səfərdə olan BMT Baş Assambleyasının prezidenti Abdulla Şahid arasında görüş keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, onlar arasında geniş tərkibli görüş də keçirilib.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahid Azərbaycanın xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək Azərbaycanda rəsmi səfərdədir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR