Goranboyda 30 yaşlı 2 qadın bıçaqlanıb (Yenilənib)

img

12-06-2022 [10:40]


Goranboy şəhərində 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü S.Ələkbərova və S.Hüseynova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü M.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, yaralıların vəziyyəti kafi qiymətləndirilir.

***

Goranboy şəhərində 2 qadın bıçaqlanıb.

Məlumata görə, 1992-ci il təvəllüdlü S.Hüseynova və həmyaşıdı S.Ələkbərova bıçaq xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR