Polis rəisinin maşını qəzaya düşdü, sürücü öldü

img

10-04-2014 [10:46]


Bu gün saat 9 radələrində Bakının Binəqədi rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, qəza "Meyvəli” bazarının yaxınlığında, Xocahəsən qəsəbəsi yolunda baş verib. 

Belə ki, "Hyundai-Sonata” markalı avtomobil ilə "Hyundai-Tucson” markalı avtomobil toqquşub. Qəzaya uğrayan "Hyundai-Sonata” markalı, 90 AA104 dövlət nömrə nişanlı avtomobil Səbail rayon Polis İdarəsinin rəisinin xidməti avtomobili olub. 

Hazırda qəzanın səbəbləri araşdırılır.

Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü Rafiq Abbasov isə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA