"İndi Rasim Balayevin hünəri varsa..." - Kinoşünasdan sərt açıqlamalar
03-06-2022 [12:22]
“Azərbaycan Kinematoqrafçılar İttifaqını birləşdirmək lazımdır və Şəfiqə xanım Məmmədova da sədr olmalıdır. Rüstəm İbrahimbəyovdan sonra Kinematoqrafçılar İttifaqı başsız qalanda onu birləşdirmək lazım idi. Çünki ordakılar da bizim yoldaşlarımızdır, düşmən deyillər ki. Ona görə bu ikitirəlik nəyə lazımdır ki”.
Mia.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadə deyib.
A.Kazımzadə bildirib ki, ittifaqı parçalamaqla üzvlərinin də adına xələl gətirdilər: “Rasim Balayev böyük sənətkardır, amma o, təşkilatçı deyil. Rüstəm İbrahimbəyov onu o vaxtı özünə ona görə müavin qoymuşdu ki, özündən başqa ikinci bir adam yox idi ki, o, olmayanda ittifaqı idarə etsin. Rasimi buna görə ora qoymuşdu, hər yerə əli çatırdı. Amma orda Rasimin özünü idarə edirdilər. Bir fiqur kimi oturmuşdu və heç bir adama heç bir köməklik etmədi.
Yeri gəlmişkən, Moskvanın Kinematoqrafçılar İttifaqının sədrinə bir gün sual verdilər ki, sən Putin haqqında yaxşı ya pis nə deyə bilərsən? O da cavabında deyir ki, mən nə vaxt ittifaqın sədrliyindən çıxsam, onda fikir söyləyə bilərəm. İndi ittifaqın sədriyəm və mənim ixtiyarım yoxdur ki, Putin haqqında yaxşı və ya pis nəsə danışım. Çünki 1000 nəfərdən çox üzvün adından heç nə deyə bilmərəm. Rüstəm İbrahimbəyov isə bunu başa düşmədi. Sədr olanda hökumətin əleyhinə çıxdı. Halbuki Azərbaycan Kinematoqrafçılar İttifaqının üç yüz nəfər üzvü var idi və o cümlədən mən də orda üzv idim. Ona görə biz Rüstəmə qarşı çıxdıq. Son zamanlar isə Rüstəm işləmirdi, onun ittifaqda içki içən dostları var idi, onları götürüb yeyib-içməyə gedirdi. O, artıq özünü itirmişdi, nə etdiyini bilmirdi. Hökumət əleyhinə çıxmaq onun öz işidir, amma 300 nəfər üzvü başsız qoymuşdu və onların adından danışmağa da icazəsi yox idi.
Mən sizə Rusiyanı misal göstərdim. Ona görə də biz özümüz Kinematoqrafçılar İttifaqı yaratdıq. İndi Rasimin hünəri varsa, ittifaqların birləşməsiylə bağlı təklif versin. Bizim ittifaq yaranandan heç vaxt öz binası olmayıb. Hökumət Evində bir otaqda yerləşib. Birinci ittifaq Rüstəmin teatrında yerləşib, hələ də binası yoxdur. Amma Şəfiqə xanım bina aldı və nəhayət, ittifaqın özünün doğma evi oldu. Rüstəm olmayandan sonra Xalq yazıçısı Anar da ittifaqların birləşdirilməsi təşəbbüsüylə çıxış etməliydi. Çünki Anar da orda üzvdür”.
Qeyd edək ki, Rasim Balayev isə rəhbəri olduğu qurumla Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi, 2012-ci ildə yaradılan qurumun nə vaxtsa birləşə biləcəyini deyib.
Mia.az
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib