Azərbaycanda təhqiqat orqanının adında və səlahiyyət hüdudlarında dəyişiklik ediləcək

img

08-04-2014 [15:24]


Azərbaycan qanunvericiliyində təhqiqat orqanının adı, təhqiqatçının prokuror qarşısında öhdəliyi dəyişdirilir, ixtisarlar edilir və prokurorun səlahiyyətinə məhdudiyyətlər qoyulur. 

 Milli Məclisdən verilən məlumata görə, Azərbaycan Prezidenti tərəfindən parlamentə göndərilən layihədə bununla bağlı Cinayət-Prosessual Məcəllənin 86-cı maddəsinə dəyişikliklər edilib. Layihəyə əsasən, məcəllədə "Təhqiqat orqanı” adı dəyişdirilərək "İxtisaslaşmış təhqiqat qurumu” adlanacaq. Bundan başqa, təhqiqatçının öz vəzifəsinin icrası zamanı prokuror qarşısındakı öhdəlikləri sırasından "prokurorun əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiqini yoxlamaq imkanını təmin etməsi” vəzifəsi çıxarılaraq ləğv edilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. - See more at: http://azadsoz.com/index.php/oelkae/item/4690-azaerbaydzanda-taehzhizhat-orzhan-n-n-ad-nda-vae-saelahiyyaet-hududlar-nda-daeyishiklik-edilaedzaek#sthash.lXP4OuLQ.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA