Ceyhun Bayramov Ermənistan XİN başçısı ilə görüş barədə suala belə cavab verdi: "Telefon danışığı istisna edilmir"

img

26-05-2022 [15:59]


"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığı əldə olunmuş razılıqların icrasını təmin etməklə bağlı idi".

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, amma yeni telefon danışığının tarixi təyin edilməyib: "Lakin telefon danışığı istisna edilmir".

C.Bayramov söyləyib ki, Azərbaycan postmünaqişə dövründə Ermənistanla münasibətləri normallaşdırma üzrə addımlar atıb: "Azərbaycan bunun üçün sistemli addımlar atır. Ermənistanda konkret addımlar gözləyirik"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR