Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək

img

26-05-2022 [09:12]


Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək.

Bu barədə UAF prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlama verib.

Funksioner bildirib ki, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddia hazırlanır:

"Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik.

Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək"/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR