Keçmiş şöbə müdirinə PA-da vəzifə verilib

img

25-05-2022 [15:05]


Bir müddət əvvəl öz ərizəsi ilə Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən çıxan Rövşən Süleymanova yeni vəzifə verilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, R.Süleymanov Prezident Administrasiyasının İşlər İdarəsində işə başlayıb.

Qeyd edək ki, R.Süleymanov 2019-cu ildə Səbail RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. O, ötən həftə vəzifəsindən azad edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA