NAZİRİN BİRİNCİ MÜAVİNİ YOLA SALINIB: "Ona yeni vəzifə verilməyib" - Rəşad Nəbiyevin müavinlərinin sayı artıb (Yenilənib)

img

25-05-2022 [15:59]


Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin fərmanına əsasən, struktur dəyişikliyi edilib və rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilib, “birinci müavin və 2 müavin” isə 5 müavinlə əvəzlənib.

Mia.az xəbər verir ki, fərmandan sonra adıçəkilə nazirlikdə birinci müavin vəzifəsini tutan Əli Abdullayevin taleyi maraq mövzusu olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, vəzifəsi ləğv edilən nazirin birinci müavini Əli İzzət oğlu Abdullayev yeni təyinat almayıb: “O, başqa vəzifəyə təyin edilməyib, vəzifəsəsindən azad olunub”.

***

Ötən gün Prezident İlham Əliyevin fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur dəyişikliyi baş verib.

Mia.az Axar.az-a istinadla xəbər verir ki, fərmana əsasən, nazirliyin adında dəyişiklik olub, “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlanacaq.

Struktur dəyişikliyindən biri isə nazirin müavinləri ilə bağlıdır. Fərmana əsasən, nazirin “birinci müavini” vəzifəsi ləğv edilib, nazir müavinlərinin sayı isə 2-dən 5-ə qaldırılıb.

Bundan öncə nazir Rəşad Nəbiyevin müavinləri bunlar idi - Əli Abdullayev (birinci müavin), Rəhman Hümmətov, Rövşən Rüstəmov.

Prezidentin ötən gün verdiyi sərəncamla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov da rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar, eyni zamanda, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov da vəzifəsindən azad edilərək, R.Nəbiyevə müavin gətirilib.

Başqa sözlə, R.Nəbiyevin əvvəl 3 müavini var idi, ötən gün də 3 müavin əlavə olundu. Beləliklə hazırda 6 müavini yaranır ki, bu da ötən gün fərmanla yaradılan 5 müavin vəzifəsindən çoxdur.

Belə çıxır ki, hansısa müavin vəzifəsindən azad olunub.

Fərmanın məntiqinə görə, Əli İzzət oğlu Abdullayev – nazirin birinci müavini vəzifəsini itirmiş sayılır. Çünki birinci müavin vəzifəsi ləğv edilib.

Bununla bağlı saytımızın sorğusuna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən konkret cavab verə bilməyəcəklərini qeyd ediblər. Nazirlikdən bildirilib ki, hazırda dəqiqləşmələr aparılır.

Mia.az-ın əldə etdiyi məlumata görə, Əli Abdullayev tamamilə başqa bir sahəyə yüksək vəzifə hazırlığındadır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR